çərşənbə axşamı 26 may 2026 - 14:33
Ərəfə gününün günorta vaxtından gün batana qədər olan saatlarının hər anı iksir kimi qiymətli olan zaman kəsişməsidir

Hövzə / Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Safi “İrsin Dirçəldilməsi Ali Heyəti”ni ziyarəti zamanı müqəddəs Nəcəf şəhərinin Elmi hövzəsinin yaranmasının minilliyi münasibətilə keçiriləcək anım mərasimlərinin yüksək səviyyədə təşkili üçün ciddi səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ərəfə gününün yaxınlaşması münasibətilə İslam İnqilabının şəhid rəhbəri Ayətullah Seyid Əli Xameneinin Ərəfə günü və İmam Hüseynin (ə) Ərəfə duası barədə buyurduğu fikirlərdən bir hissə təqdim olunur.

Ərəfə gününü dəyərləndirin, dua, yalvarış, diqqət və Allah-Taaladan qəlblə həqiqi mənada problemlərinizin həllini istəyin. Əgər ilahi lütf və mərhəmət olmasa, bizim göstərdiyimiz səylər və çəkdiyimiz zəhmətlər nəticə verməz. Kumeyl duasında buyurulur: «لا یُنالُ‌ ذلِکَ‌ اِلّا بِفَضلِک‌»
“Bu məqama yalnız Sənin fəzlinlə çatmaq olar.”

Yəni insan bütün vəzifələrini yerinə yetirsə də, bu səylərə ruh və can verən məhz Allahın lütfü və diqqətidir.

Əlbəttə, insan hər zaman Allahla əlaqə qura bilər. Allahla rabitə yaratmaq çətin deyil. Lakin bəzi saatların və bəzi günlərin xüsusi əhəmiyyəti vardır. Bu günlərin ən önəmlilərindən biri də Ərəfə günüdür. Qurban bayramı da belədir.
(27 iyun 2023)

Ərəfə günü dua, təvəssül, diqqət və Allaha yönəlişin zirvəyə çatdığı günüdür. İmam Kazimdən (ə) nəql olunan bir rəvayətdə buyurulur ki, İmam Sadiq (ə) belə deyirdi: “Atam yəni İmam Baqir (ə)  Ərəfə günü Ərəfatda o isti havada oruc tutur, dua edir, yalvarır və göz yaşı tökürdü.”

İmam Hüseynin (ə) Ərəfə duasının mənəvi əzəməti hər kəsə məlumdur. “Səhifeyi-Səccadiyyə”dəki Ərəfə duası da son dərəcə möhtəşəm duadır. Bunların hamısı Ərəfə gününə aiddir. Ümid edirik ki, əziz xalqımız Ərəfə gününün mənəvi bərəkətindən lazımi şəkildə faydalanmışdır və inşallah bütün duaları qəbul olar. (31 iyul 2020)

Ərəfə gününü dəyərləndirin. Özümüzü Allah dərgahında təvazökar və itaət halında hazır bilək. Ərəfə çox böyük və mühüm bir gündür. İnsanların qəlbi zamanla paslanır, mənəvi tozla örtülür. Yalvarış, təvazökar olmaq, zikr və təvəssül etmək insanın günahların qarşılığında  qəlbə çökmüş toz və çirkabı təmizləyir. Müəyyən günlər isə bu mənəvi təmizlənmə üçün daha üstün fürsətlərdir və onların ən əhəmiyyətlilərindən biri Ərəfə günüdür.

Ərəfə gününü qədrini bilin. Ərəfə gününün günorta vaxtından gün batana qədər olan saatlar çox qiymətlidir. Bu anların hər biri sanki bir iksir və kimya kimidir. Bu dəyərli anları qəflətdə keçirməyək.

Bu mənəvi fürsətlərin ən gözəl nümunələrindən biri İmam Hüseynin (ə) Ərəfə duasıdır. Bu dua Allah qarşısında təvazökarlıqla yanaşı yalvarış, zikr və ixlasın ən böyük təcəllisidir. Digər bir nümunə isə İmam Səccadın (ə) “Səhifeyi-Səccadiyyə”dəki duasıdır. Bu duaları düşünərək və mənalarına diqqət edərək oxuyun. Bunlar sizin mənəvi azuqənizdir.
(17 sentyabr 2015)

Əbu Həmzə Sumali duası dərin maariflə doludur. İmam Hüseynin (ə) Ərəfə duası da böyük ilahi həqiqətlər daşıyır. Mən siz əzizlərə qətiyyətlə deyirəm: Kim Ərəfə duasını mənasına diqqət edərək oxusa, duaya başladığı andan sona çatana qədər əvvəlki insan olmayacaq, hətta onu dəfələrlə oxumuş olsa belə.

“Səhifeyi-Səccadiyyə” duaları da eyni təsirə malikdir.

Bu dualar həyat dərsidir. Zahirdə insan düşünür ki, İmamlar (ə) başı aşağı halda oturub ağlayaraq dua ediblər. Halbuki həmin dualarda bugünkü dünyanın bir siyasətçisinin siyasi davranış xətti belə görünür.

Bu dualar insana güclü şəxsiyyətə malik, fəal, öncül və böyük bir insanın kimliyini qazandırır. Belə bir insan elm, siyasət, sənaye, müharibə və həyatın bütün sahələrində irəli gedə bilər.

Şəhid rəhbərin səsli çıxışını yükləmək üçün buraya klikləyin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha